Modern.az

Şəhidlərin xatirəsi yad edildi

Şəhidlərin xatirəsi yad edildi

Allah rəhmət eləsi̇n

Bu gün, 18:27

Vətən uğrunda şəhidlik zirvəsinə yüksələn Rüstəmov Vilayət Məhəmməd oğlu və Həsənov Nurlan Nadir oğlunun əziz xatirələrinə həsr olunmuş anım tədbirləri keçirilib.

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirlərdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirlərin iştirakçılarına şəhidlərin nümunəvi xidmətləri və döyüş yolları haqqında ətraflı məlumat verilib.

Anım mərasimlərində çıxış edənlər şəhidlərin döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaətlərindən söz açıblar.

Sonda şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, həmçinin şəhidlərin xatirələrinin daim uca tutulduğuna görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı