Modern.az

"Böyük Qayıdış": Ağdam və Füzuli sakinlərinə ŞAD XƏBƏR

"Böyük Qayıdış": Ağdam və Füzuli sakinlərinə ŞAD XƏBƏR

Qarabağ

Bu gün, 09:51

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşma prosesi mərhələli şəkildə davam edir.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında bildirib. 

Xüsusi nümayəndənin sözlərinə görə, həmin ərazilərdə çalışanlarla birlikdə artıq 50 mindən çox insan yaşayır.

“Bu il daha 30 min nəfərin doğma yurdlarına qayıdışı hədəflənir. Ağdamda 4-cü və 5-ci yaşayış komplekslərinin, eləcə də iki kəndin tikintisinin tamamlanması, Füzuli rayonunda isə Dövlətyarlı və Pirəhmədli kəndlərinin istifadəyə verilməsi bu məqsədə çatmağa imkan yaradacaq”.

Xüsusi nümayəndə onu da əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələrdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları prioritet təşkil edir:

O bildirib ki, baş planlar hazırlanarkən əsas obyektlərin bir məkanda cəmləşdirilməsi və əhali üçün rahat mühitin formalaşdırılması nəzərə alınır. Bununla yanaşı, milli-mədəni və tarixi irsin qorunması da bərpa-quruculuq prosesinin əsas istiqamətlərindən biridir. Müasir iş yerlərinin yaradılması və insanların layiqli yaşayış şəraitinin təmin olunması da diqqətdə saxlanılır.

E.Hüseynovun sözlərinə görə, azad edilmiş ərazilərdə “yaşıl zona” prinsipi tətbiq edilir. 

“Belə ki, fərdi yaşayış evlərinin damlarında günəş panelləri quraşdırılır, ikitərəfli sayğaclardan istifadə olunur. Qarabağ və Şərqi Zəngəzurda elektrik enerjisinin alternativ enerji mənbələri hesabına təmin edilməsi istiqamətində işlər aparılır”, - deyə o qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı