Modern.az

Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR

Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR

Diaspor

Bu gün, 14:00

Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə həyatını itirən azərbaycanlı əsilli hərbçilərin sayı artmaqda davam edir.

Modern.az xəbər verir ki, müxtəlif vaxtlarda Rusiya ordusunun tərkibində döyüşlərdə iştirak edən daha 8 Azərbaycan əsilli hərbçi və Azərbaycan vətəndaşının öldüyü məlum olub.

Həlak olan digər şəxslər isə bunlardır:

Çiriyev Sədrəddin Mehman oğlu - 21 sentyabr 1992-ci ildə anadan olub. Leninqrad vilayətinin Tixvin şəhərində yaşayıb.

Əsədov Eltun Adil oğlu - 10 avqust 1994-cü ildə anadan olub. Yamalo-Nenets Muxtar Dairəsinin Noyabrsk şəhərində yaşayıb, 69-cu qvardiya motoatıcı diviziyasında xidmət edib.

Məmmədov Fərid Farizxan oğlu – 20 yanvar 1991-ci ildə anadan olub. Voronej vilayətinin Pavlovsk şəhərində yaşayıb,

Nuriyev Eldar Nəhmət oğlu – 1 noyabr 1970-ci ildə anadan olub. İrkutsk şəhərində yaşayıb,  137-ci həmlə briqadasında xidmət edib,

Abdullayev İlyas Əmin oğlu – 8 noyabr 1984-cü ildə anadan olub. Moskvada yaşayıb,

Talıbov Rafael Səttar oğlu – 8 iyul 1977-ci ildə anadan olub. Stavropol diyarının Aleksandrovskoye kəndində anadan olub, 7-ci Əlahiddə Moto-atıcı Briqadasında xidmət edib,

Osmanov Bayram Abdulla oğlu – 12 mart 1994-cü ildə anadan olub. Stavropol diyarının Kurskaya kəndində yaşayıb.

Sadıqov Teymur Əzizulla oğlu – Azərbaycan Respublikası vətəndaşı. Rusiya Ordusu ilə 1 illik hərbi müqavilə bağlayıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri yüzlərlə azərbaycanlı həyatını itirib. Onların arasında Azərbaycan vətəndaşlığı olan şəxslər də var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV