Modern.az

İlham Əliyev üç səfirin etimadnaməsini qəbul edib

İlham Əliyev üç səfirin etimadnaməsini qəbul edib

Aktual

5 Oktyabr 2016, 11:32

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan Yankunun etimadnaməsini qəbul edib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyev İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadənin etimadnaməsini qəbul edib.

Bundan başqa, Azərbaycan Prezidenti Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sainin etimadnaməsini qəbul edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı