Modern.az

Bakıda evləri su basdı: 77 nəfər təxliyə olundu- FOTOLAR

Bakıda evləri su basdı: 77 nəfər təxliyə olundu- FOTOLAR

Aktual

18 Oktyabr 2016, 15:18

Son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

 

Fövqəladə Hallar Nazirliyi (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayarmovun  Modern.az-a verdiyi məlumata görə, güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Mülkü Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub.

 

“Aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən 77 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir”.

 

Gülşən RAUFQIZI

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı