Ağcabədidə qətl hadisəsi törədilib.
Trend-in məlumatına görə, hadisə sentyabrın 4-də gecə saat 22 radələrində rayonun H.Aslanov küçəsindəki "Qızıl Saray" şadlıq evində keçirilən toy məclisində baş verib.
Ağcabədi şəhər sakini, 1990-cı il təvəllüdlü Qurbanzadə Qurban Azər oğlu toyda şəxsi münasibətlər zəminində həmyerlisi, 1978-ci il təvəllüdlü Sadıqov Zaur Məzahir oğlu ilə mübahisə edib. Mübahisə zamanı Q. Qurbanzadə üzərində gəzdirdiyi bıçaqla Z.Sadıqova çoxsaylı xəsarətlər yetirərək hadisə yerindən qaçıb.
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və Q.Qurbanzadənin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.