Bakıda yanğın qeydə alınıb.
Modern.az FHN-nin rəsmi saytına istinadən məlumat verir ki, şəhərin Sabunçu rayonunda dördmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 6 ədəd elektrik sayğacı yanıb.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.