Modern.az

Şəmkir sakini bıçaqlandı

Şəmkir sakini bıçaqlandı

Aktual

28 Sentyabr 2019, 21:58

Şəmkir şəhərində bıçaqlanma hadisəsi olub.

Modern.az  "Report"a  istinadən xəbər verir ki, Şəmkir rayon sakini, 1984-cü il təvəllüdlü Camal Həsənov qarın nahiyəsindən bıçaqlanıb.

Yaralı xəstəxanaya aparılıb və cərrahiyyə əməliyyatı olunduqdan sonra Reanimasiya Şöbəsinə yerləşdirilib. C.Həsənovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı