Modern.az

Şəkidə yük maşını dərəyə aşdı: yaralılar var

Şəkidə yük maşını dərəyə aşdı: yaralılar var

Aktual

26 Oktyabr 2019, 22:42

Şəki rayonunda taxıl səpininə gedən yük maşını dərəyə aşıb.

Modern.az "Report"a  istinadən xəbər verir ki, hadisə axşam saatlarında Təzəkənd kəndində baş verib.

Dağlıq əraziyə taxıl səpini üçün taxıl aparan "KamAZ" markalı yük avtomobili dərəyə aşıb. Nəticədə Qax rayon Qıpçaq kənd sakini, 1995-ci il təvəllüdlü Osmanlı Cavid Rafiq oğlu xəsarət alıb. O, qapalı kəllə-beyin travması ilə Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər C.Osmanlının vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı