Modern.az

Azərbaycan cüdoçusu gümüş medal qazandı

Azərbaycan cüdoçusu gümüş medal qazandı

Current

24 Noyabr 2019, 20:46

Yaponiyanın Osaka şəhərində cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri keçirilib. Yarışda 86 ölkənin idmançıları ilə yanaşı, Azərbaycan cüdoçuları da mübarizə aparıblar.

Azərbaycan Cüdo Federasiyasından Modern.az-a verilən məlumata görə, kişilərin mübarizəsində 100 kiloqram çəki dərəcəsində yarışan təmsilçimiz Elmar Qasımov Fransa, Almaniya, Rusiya və Yaponiya cüdoçularını məğlub edərək finala çıxıb. Həlledici qarşılaşmada yaponiyalı Haqa Ryunosukeyə uduzan cüdoçumuz nüfuzlu yarışın gümüş medalını qazanıb.

Qeyd edək ki, 481 cüdoçunun qatıldığı Osaka turnirində Azərbaycan 13 idmançı ilə təmsil olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı