Modern.az

Fazil Mustafa imza toplayır

Fazil Mustafa imza toplayır

Aktual

20 Dekabr 2019, 12:32

“Bu gün Böyük Quruluş Partiyası tərəfindən Milli Məclisə deputatlığa namizədliyimin irəli sürüldüyü 26 saylı I Sabunçu seçki dairəsindən (Bakıxanov qəsəbəsi) imza vərəqələrimi səlahiyyətli nümayəndələrim götürdü və imza yığımı başlandı”.

Modern.az xəbər verir ki, bu fikirləri V çağırış Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə imzatoplama kampaniyasında iştirakı ilə bağlı danışarkən deyib.

Fazil Mustafa bir neçə gün ərzində zəruri sayda imzaları toplayıb seçki dairəsinə təhvil verməyi düşündüyünü bildirib:

“Bakıxanov qəsəbəsində seçki qərərgahımız da açıldı. Ümid edirəm ki, bu seçkilərdə də seçicilərin dəstəyini qazana biləcəyik. Bu seçki kampaniyasının millətimiz və dövlətimiz üçün uğurlu olmasını diləyirəm. Seçki prosesində bizə eitmad göstərən, səsi ilə, duaları ilə dəstək verən hər kəsə şükranlığımı bildirirəm”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı