Modern.az

“Qarabağ” Simeon Slavçevlə vidalaşıb

“Qarabağ” Simeon Slavçevlə vidalaşıb

Aktual

20 Dekabr 2019, 21:07

Ağdamın “Qarabağ” klubu bolqarıstanlı futbolçusu Simeon Slavçevlə yollarını ayırıb.

Modern.az APA-nın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

O, qışda komandanı tərk edən ilk futbolçu olub. 2018-ci ilin yayında transfer olunan legioner ilyarım ağdamlıların uğurları üçün çalışıb.

Qeyd edək ki, S.Slavçev “Qarabağ”da 39 oyuna 2 qol vurub. O, çempionatda 18 (2 qol), avrokuboklarda 19, ölkə kubokunda 2  matça çıxıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı