Modern.az

Əməkdar artistin doğum günüdür

Əməkdar artistin doğum günüdür

مورد توجه

17 Yanvar 2020, 09:12

Tanınmış bədii qiraət ustası Ağalar Bayramovun doğum günüdür.

 

Modern.az xəbər verir ki, Ağalar Xanlar oğlu Bayramov 1954-cü ilin yanvarında Ucar rayonunun Boyat kəndində anadan olub. Boyat kənd məktəbini bitirdikdən sonra 1979-cu ildə Bakı Mədəni Maarif texnikumuna qəbul olan A. Bayramov bu müəssisəni də fərqlənmə diplomu ilə başa vuraraq, Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. 1984-cü ildən, elə tələbəsi olduğu ali məktəbdə o vaxtkı rektor, akademik Aslan Aslanovun qərarı ilə “Aktyor sənəti” kafedrasında əmək fəaliyyətinə başlayıb. Ağalar Bayramov 1991-ci ildən bu günə qədər “Səhnə danışığı” kafedrasında dosent vəzifəsində çalışaraq, tələbələrə səhnə danışığının sirlərini tədris edir.

  

1983-cü ildən bu günə qədər Azərbaycan Televiziyası və Radiosu, elecə də özəl tele-radio kanallarının ədəbi bədii verilişlərində çıxış edən qiraət ustası 2002-ci ildə  Respublikanın Əməkdar artisti adına layiq görülüb.

  

Bədii qiraətlərindən əlavə Ağalar Bayramov həm də gözəl ssenari ustasıdır. Onun ssenariləri əsasında, eyni zamanda iştirakı ilə çəkilmiş ədəbi teatr nümunələri dövlət televiziyasının fondunda qorunub, saxlanır.

 

Ağalar Bayramovu sevənlərin, onun məlahətli səsini unutmayanların ustada hörməti sarsılmazdır. Dəyərli ziyalımıza hər zaman Azərbaycanın bədii qiraət sənətinin zirvəsində qalmağı arzu edirik. 

  

Doğum gününüz qutlu olsun!

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı