Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəis müavini Məhərrəm Məhərovun Modern.az-a verdiyi məlumata görə, bu ilin altı ayı ərzində tikintidə 13 ölüm hadisəsi baş verib. Onun sözlərinə görə, ölüm hadisələri əsasən ehtiyatsızlıq səbəbindən baş verib:
“Ölüm hadisələri daha çox hündürmərtəbəli binaların tikintisi zamanı baş verir. Orada işləyən işçilər təhlükəsizlik qaydalarına əməl etmədiklərindən bədbəxt hadisə ilə üzləşirlər”.