Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində magistral su xətlərində təmir işləri aparılır. Bununla əlaqədar 5 yanvar 2013-cü il tarixində Bakıxanov qəsəbəsinin içməli su təchizatında məhdudiyyətlər tətbiq ediləcək. Bu barədə Modern.az-a “Azərsu”yun mətbuat xidmətindən məlumat verilib.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.