Modern.az

“Qarabağ” tarixi oyuna çıxır

“Qarabağ” tarixi oyuna çıxır

Current

17 Fevral 2022, 08:03

Azərbaycanın avrokuboklarda yeganə təmsilçisi olan “Qarabağ” bu gün Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində ilk oyununa çıxacaq. 

 

Modern.az xəbər verir ki, Qurban Quranovun komandası Fransada “Marsel”lə üz-üzə gələcək.

 

“Velodrom” stadionunda keçiriləcək oyunu Monteneqrodan olan hakimlər briqadası idarə edəcək.

 

Ağdam təmsilçisi tarixində ilk dəfə avrokuboklarda pley-off mərhələsinə yüksəlib. Bu, həm də, Azərbaycan futbolu tarixində ilkdir. “Qarabağ” çətin səfər matçından sərfəli nəticə ilə qayıtmağa çalışacaq. Baxmayaraq ki, rəqib Fransanın köklü klublarından biridir və Liqa 1-də PSJ-dən sonra 2-ci pillədə qərarlaşıb.

 

Avropa Konfrans Liqası
Pley-offun ilk oyunu
17 fevral


 
00:00. Marsel – Qarabağ
Baş hakim: Nikola Dabanoviç (Monteneqro).
Fransa, “Velodrom” stadionu.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı