Modern.az

Yolu bağlayan sürücülər üzr istədilər - VİDEO

Yolu bağlayan sürücülər üzr istədilər - VİDEO

Aktual

17 Fevral 2022, 21:10

Paytaxtın Heydər Əliyev prospektində yolu bağlayan sürücülər törətdikləri əmələ görə peşman olublar.

 

Modern.az xəbər verir ki, TIR sürücüləri səhər saatlarında prospektdə tıxaca səbəb olduqlarına görə vətəndaşlardan üzr istəyiblər.

 

Qeyd edək ki, bu gün TIR sürücülərinin paytaxtın Heydər Əliyev prospektində yolu bağlaması ilə əlaqədar cinayət işi açılıb.

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Modern.az-a bildirib ki, fakta görə Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb.

 

Hazırda araşdırma aparılır.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı