Modern.az

Gürcüstanda Stalinə heykəl qoyuldu

Gürcüstanda Stalinə heykəl qoyuldu

Current

20 Fevral 2022, 09:05

Gürcüstanın Qori bələdiyyəsinin Variani kəndində sovet diktatoru İosif Stalinin heykəli ucaldılıb.

 

Modern.az Gürcüstan mediasına istinadən xəbər verir ki, heykəlin ucaldılmasının təşəbbüskarı bilinmir və bunun üçün hansı orqan tərəfindən icazənin verildiyi hələlik məlum deyil.

 

Yerli sakinlərin sözlərinə görə, Stalinin heykəli onların təşəbbüsü əsasında hazırlanıb. Onlar abidə ətrafında parkın yaradılmasını da planlayırlar.

 

Qeyd edək ki, faktla bağlı Qori meriyası hələ heç bir açıqlama verməyib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı