Bu gün dünyanın diqqəti Türkiyəyə yönəlib. Ukrayna və Rusiya arasında müharibə başlayandan bəri iki ölkənin rəsmiləri arasında ən yüksək səviyyəli görüş bu gün Türkiyənin Antalya şəhərində keçiriləcək.
Modern.az xəbər verir ki, bu gün Rusiya və Ukraynanın xarici işlər nazirləri görüşəcək.
Görüşün saat 11-də (Bakı vaxtı ilə saat 12-də) başlayacağı gözlənilir. Danışıqlar xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə üçtərəfli formatda baş tutacaq.
Rusiya və Ukrayna nümayəndə heyətləri görüşdən kənar danışıqlar aparmayacaqlar və onlar Antalyada ayrı-ayrı otellərdə qalacaqlar.
Görüşdən dərhal sonra tərəflərin mətbuat konfransı keçirməsi gözlənilir.