Modern.az

Antalya görüşündə nəticə əldə olunmayıb 

Antalya görüşündə nəticə əldə olunmayıb 

Aktual

10 Mart 2022, 14:04

Türkiyənin xarici işlər nazirinə təşəkkür edirik. Bu gün görüşməyimizin müzakirə mövzusu bizim üçün yeni deyildi.


Modern.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. 

 

“Rusiya humanitar dəhlizin olmasını yenidən təklif etdi. Belarusda baş tutan danışıqlarda Rusiya bütün istəklərini dilə gətirib. Əslində orada olan danışıqların sadəcə kağızda olmasını istəmirik. Hər iki tərəfin çıxarları nəzərə alınacaq”, -deyə Lavrov Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə Antalyada keçirdiyi görüşdən sonra bildirib.

 

Qeyd edək ki, bu gün Rusiya, Türkiyə və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov, Mövlud Çavuşoğlu və Dmitri Kuleba arasında üçtərəfli görüş keçirilib. Görüş Türkiyənin Antalya şəhərində yerləşən məşhur “Regnum Carya” otelində baş tutub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı