Modern.az

Sabah 16 dərəcə şaxta olacaq

Sabah 16 dərəcə şaxta olacaq

Актуально

15 Mart 2022, 12:46

Bakıda və Abşeron yarımadasında martın 16-da havanın arabir yağıntılı olacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə intensiv olacağı, Abşeron yarımadasının əsasən şimal hissəsində qısa müddətə sulu qara keçməsi ehtimal edilir.

 

Yağıntı axşama doğru tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 5°-dək isti, axşam 2°-yə yaxın, Bakıda gündüz 5°-dək isti, axşam 2°-yə yaxın olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

 

Azərbaycanın rayonlarında sabah havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 16°-dək şaxta, gündüz 3-8° şaxta olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı