Modern.az

Abdulla Şahid Prezidentə təşəkkür etdi

Abdulla Şahid Prezidentə təşəkkür etdi

Aktual

13 İyun 2022, 15:30

BMT Baş Assambleyasının (BA) 76-cı sessiyasının sədri Abdulla Şahid Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Modern.az xəbər verir ki, o, təşəkkürünü iyunun 13-də Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə çatdırıb.

A.Şahid Azərbaycanın BMT-nin ən fəal üzv ölkələrindən biri olduğunu qeyd edib və BMT üzvlüyünün 30 illiyi münasibətilə təbriklərini səsləndirib. BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurla icrasını təqdir edib. O, çoxtərəflilik üzrə liderliyinə görə Azərbaycan Respublikasının Prezidentinə təşəkkürünü ifadə edib.

A.Şahid Azərbaycan Prezidentinin COVID-19 pandemiyasına qarşı irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri yüksək qiymətləndirdiyini bildirib. O, Azərbaycanda, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində milli səviyyədə görülən işləri təqdir edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı