Türkiyənin Artvin vilayətində təbii fəlakət zamanı həlak olan sürücü Şahlar Kərimovun nəşi Azərbaycana yola salınıb.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) şöbə müdiri Ruslan Eldaroğlu bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Artvin vilayətində torpaq uçqunu zamanı 99-HY-188 dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsü Şahlar Kərimov həlak olub.