Modern.az

DİN metrodakı baltalı şəxslə bağlı araşdırma BAŞLATDI

DİN metrodakı baltalı şəxslə bağlı araşdırma BAŞLATDI

مورد توجه

5 İyul 2022, 14:00

Bakı metrosunda lentə alınmış görüntülər sosial şəbəkələrdə rezonans doğurub. Belə ki, videosu yayılan şəxs əlində balta olduğunu deyərək, cinsi azlıqları ölümlə hədələyib.

“Qaşını, üzünü alan adam görsəm, balta ilə başın kəsməsəm, adam deyiləm” - deyə kimliyi məlum olmayan şəxs videoda söyləyib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Modern.az-ınsorğusuna cavab olaraq, sözügedən videodan xəbərdar olduqlarını bildirib. DİN rəsmisi görüntülərlə bağlı araşdırmalara başlandığını qeyd edib.

Həmin videonu təqdim edirik:

Elmar Hüseynov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı