İyulun 7-də saat 16 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində rayon sakini T.İsmayılov idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib..
Rəsmi məlumata görə, nəticədə sərnişin Sevda Abbasova hadisə yerində ölüb.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.