Modern.az

Bakıda seyfdən 46 min OĞURLANDI

Bakıda seyfdən 46 min OĞURLANDI

Güncel

4 Avqust 2022, 11:56

Bakıda eyni gündə oğurluq faktları qeydə alınıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, Nizami RPİ 23-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində yerləşən ofislərin birinin seyfindən 46444 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Muradov və Sumqayıt şəhər sakini T.Əfəndiyev saxlanılıb.

 

Daha bir oğurluq halı Abşeron RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyən edilib. Belə ki, cari il iyulun 24-dən avqustun 1-dək olan müddətdə Mehdiabad qəsəbəsi ərazisindəki istifadə olunmayan obyektlərin birindən 10000 manat dəyərində qapı və pəncərələr oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini N.Hacıyev saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı