Modern.az

"Nant" "Qarabağ"la oyun üçün Bakıya gəldi - VİDEO

Aktual

14 Sentyabr 2022, 09:26

Fransanın "Nant" komandası "Qarabağ" komandasına qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu üçün Bakıya gəlib.

 

Modern.az-ın məlumatına görə, rəqib kollektiv ötən gün axşam saatlarında Azərbaycana çatıb.

 

Bu gün saat 17:15-də Liqa 1 təmsilçisinin baş məşqçisi Antuan Kombuarenin mətbuat konfransı, saat 18:00-da isə komandanın media üçün açıq məşqi olacaq.

 

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı