Modern.az

Narkotik cinayətləri ARTIB

Narkotik cinayətləri ARTIB

Aktual

20 Oktyabr 2022, 10:22

2022-ci ilin 9 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 8694 cinayət faktı aşkarlanıb.

 

Bu barədə Modern.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasından məlumat verilib.

 

Rəsmi məlumata görə, onlardan 2941-i narkotik vasitələrin qanunsuz satışı, 5286-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 387-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 80-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

 

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 827 kq 532,775 qr və 32918 həb, 524 ədəd narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 963 kq 632,152 qr-nı heroin, 1 ton 706 kq 517,599 qr-nı marixuana, 268 kq 584,935 qr-nı tiryək, 27 kq 785,044 qr-nı həşiş, 260,95 qr-nı kokain, 130 kq 847,843 qr-nı və 32918 həb digər narkotik vasitələr və 729 kq 904,252 qr və 524 ədəd psixotrop maddələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 1 kq 485,4 qr güclü təsir edən maddə, 10 kq 037,6 qr zəhərli maddə, 79853 ədəd narkotik xassəli çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.

 

Təhlil göstərir ki, 2021-ci ilin 9 ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 1957, o cümlədən qanunsuz satış ilə bağlı faktların sayı 501, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 1484, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 21 fakt, qaçaqmalçılıq faktlarının sayı 44 fakt, xarici ölkə vətəndaşlarının sayı 29 nəfər, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 1830 nəfər artıb,  həmçinin bu kateqoriyadan olan digər cinayətlərin sayı 3 fakt azalıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı