Modern.az

Bu il İİV-ə yoluxanların SAYI

Bu il İİV-ə yoluxanların SAYI

Aktual

20 Oktyabr 2022, 10:27

Bu ilin 9 ayında Azərbaycanda 602 nəfər İnsan immun çatışmazlığı virusuna (İİV) yoluxub.

 

Bu barədə Modern.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasından məlumat verilib.

 

Bildirilib ki, ümumilikdə 1987-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 9985 nəfər qeydiyyata götürülüb (9659-u Azərbaycan vətəndaşı, 326-sı əcnəbi).

 

Rəsmi məlumata görə, İİV-ə yoluxanların 7114-ü kişi, 2871-i qadınlardır.

 

Onlardan 3542-si İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Həmin kateqoriyadan olan şəxslərin 2489 nəfəri hazırda dispanser qeydiyyatındadır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı