Modern.az

Xızıda at oğurları saxlanıldı

Xızıda at oğurları saxlanıldı

Aktual

1 Avqust 2023, 12:18

Xızı rayonunun ərazisindəki örüş sahəsindən sakinlərə məxsus atların ayrı-ayrı vaxtlarda naməlum şəxslər tərəfindən oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Daşqın Qəmbərov, R.Hüseynov və E.Aslanov saxlanılıblar.

 

Araşdırma zamanı saxlanılan şəxslərin oğurladıqları atları satdıqlarını və əldə etdikləri pulu isə öz aralarında böldükləri etiraf ediblər.

 

Həmin şəxslərin digər rayonlarda da analoji əməllər törətmələri istisna edilmir.

 

Faktla bağlı Xızı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı