Modern.az

Hər100 nəfərə 16,24 stasionar telefon, 15 kompüter, 50 internet istifadəçisi düşür

Hər100 nəfərə 16,24  stasionar telefon, 15 kompüter, 50 internet istifadəçisi düşür

Ölkə

22 Yanvar 2011, 15:31

Yanvarın 2-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilən kollegiya iclasında Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri Rəşad Nəbiyev bildirib ki, 2010-cu il ərzində İKT, poçt və informasiya sektorunda əldə olunan gəlirlərin həcmi əvvəlki illə müqayisədə 32,1% (müqayisəli qiymətlərlə) artaraq 1230.2 milyon manat təşkil edib. Artım tempi İKT sektorunda 35,5%, o cümlədən telekommunikasiya sektorunda 32,8%, poçt sektorunda isə 29,2% təşkil edib.

İKT və poçt sektorunda əldə olunan gəlirlərin təxminən 80,0%-i qeyri-dövlət rabitə müəssisələrinin payına düşür.

Telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 71,3%-i mobil operatorların payına düşməklə, ötən illə müqayisədə 2010-cu il ərzində mobil sektor üzrə artım tempi 30,2% təşkil edib.

RİTN üzrə 2010-cu il ərzində 120 yeni iş yeri açılıb. Nazirliyin birlik və müəssisələrində çalışan rabitəçilərin orta aylıq əmək haqqı 01.01.2011-ci il tarixə 274,0 manata çatdırılıb. Hazırda respublika üzrə orta aylıq əməkhaqqı 325 manat təşkil edir.

2010-cu il ərzində ümumilikdə İKT və poçt sektoruna 164 milyon manat investisiya qoyulub ki, bu da ölkə iqtisdaiyyatına qoyulan investisiyanın 1,7%-ni təşkil edir.

2010-cu ildə respublikanın ümumi telefon şəbəkəsi üzrə ATS-lərin nömrə tutumu 71 924 (RİTN üzrə 65 115) nömrə artırılaraq, ümumistifadəli sabit telefon şəbəkəsinin tutumu 1 663 038 (RİTN üzrə 1 469 815) nömrəyə  çatdırılıb.

Hesabat dövrü ərzində respublikanın rabitə şəbəkəsinin əsasını təşkil edən kommutasiya  avadanlıqlarının  yeni  elektron avadanlıqlarla əvəz olunması prosesi başa çatdırılıb və ölkə ərazisinin telekommunikasiya şəbəkəsi tam elektronlaşdırılıb. Artıq ölkənin ən ucqar yaşayış məntəqələrində də müasirtipli elektron ATS-lərin qurulması təmin edilib.

Həyata keçirilmiş tədbirlər nəticəsində hesabat dövründə əsas telefon aparatlarının ümumi sayı 34 635 (RİTN üzrə 18 631) ədəd artırılaraq 1 433 888 (RİTN üzrə 1 273 250) ədəd təşkil edib.

Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon  aparatlarının  sayı 16,24 ədədə çatdırılıb. Bu göstərici Bakı şəhərində 34,9 ədəd, respublikanın digər ərazilərində 10,7 ədəd, kənd yerlərində isə 7 ədəd təşkil edir.

2010-cu il ərzində  “Bakinternet” və “Aztelekomnet” internet şəbəkələri üzrə, eləcə də internet seqmentində fəaliyyət göstərən İSP-lər tərəfindən ADSL tariflərinin aşağı salınması nəticəsində respublika üzrə genişzolaqlı internet istifadəçilərinin sayı 1 366 650 olub ki, bu da hər 100 nəfərə 15 ADSL istifadəçinin düşməsi deməkdir. 

Hesabat dövründə əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 15 ədədə, internet istifadəçilərinin sayı isə 50 ədədə bərabər olub.

Ölkədaxili internet şəbəkəsinin qlobal internet şəbəkəsinə qoşulma sürəti ötən illə müqayisədə 2.7 dəfə artaraq, 2010-ci ildə 40 GB/saniyəyə çatdırılıb.

“Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə hesabat dövründə  müvafiq tədbirlər görülüb. Belə ki, sözügedən sərəncam və Dövlət Proqramının icrasının təmin edilməsi məqsədilə həyata keçirilmiş tədbirlər çərçivəsində RİTN Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi (BƏHM) ilə Malayziyanın “Measat” şirkəti arasında Malayziyaya məxsus 46°Ş orbital mövqenin 20 illik icarəsini, həmçinin BƏHM ilə ABŞ-ın aparıcı peyk istehsalçısı olan “Orbital” şirkəti arasında peykin istehsalını və BƏHM ilə Fransanın “Arianespace” şirkəti arasında  Azərbaycanın peykinin orbitə çıxarılmasını nəzərdə tutan əsas müqavilələr imzalanıb. Hazırda peykin orbitə çıxarılması istiqamətində konkret tədbirlər həyata keçirilir və peykin 2012-ci ilin IV rübündə geostasionar orbitə çıxarılacağı planlaşdırılır.

“Elektron imza” layihəsinin tətbiqi istiqamətində server otağının qurulması işləri başa çatıb, avadanlıqların yerləşdirilməsi prosesi qurtarmış  və bu avadanlıqların qurulacaq  infrastruktura uyğun olaraq sazlanması və proqram təminatının yüklənməsi işləri görülüb. Hazırda qurulmuş sistemin  tam olaraq istismara hazırlığı üçün təhvil-təslim işləri aparılır.

Efirə radiomübadilənin düzgün aparılmaması ilə bağlı 347 qayda pozuntusu aşkar olunub və aidiyyatı istifadəçilərə xəbərdarlıq məktubları göndərilib. 160 qeydiyyatda olmayan tezlik aşkarlanıb və bu məqsədlə təkrar radionəzarət aparılır və qanunvericilik əsasında müvafiq tədbirlər görülür.

Hesabat dövründə Radiotezliklər üzrə Dövlət Komissiyasının qərarına müvafiq olaraq 64 müəssisəyə tezlik ayrılıb və 4329 ədəd yeni REV qeydiyyata alınmışdır.

2010-cu il ərzində “Azərpoçt” MMC-in xidmət şəbəkəsinin inkişafı və genişləndirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilib.

Hesabat dövrü ərzində 84 ədəd kənd, qəsəbə və şəhər  poçt şöbəsi binalarının  tikintisi başa çatdırılıb. “Azərpoçt”un rayon filiallarına 11 ədəd pul sıxan, 85 ədəd pul yoxlayan, 60 ədəd pul sayan avadalıqlar, 80 ədəd valyuta mübadiləsi tablosu verilib.

“Azərpoçt”MMC tərəfindən aparılmış təhlillər zamanı məlum olub ki, 2010-cu i1 ərzində respublika üzrə 959 405 ədəd pul baratı qəbul edilib, 957 560 ədəd pul baratı isə gödənilib.

2010-cu ildə poçt şöbələrində qəbul edilmiş daxili sadə və sifarişli məktub korrespondensiyasının sayı 5 440 893 ədəd olub. 2010-cu ildə  daxili bağlamaların sayı ötən illə müqayisədə 22% artaraq 119 631 ədəd, beynəlxalq bağlamaların sayı isə 7% artaraq 8163 ədəd  təşkil edib.  

2010-cu il ərzində “Azərmarka” şirkəti tərəfindən müxtəlif mövzuda 47 ədəd poçt markası, 12 ədəd poçt kartı, 6 ədəd isə poçt zərfi dövriyyəyə buraxılıb

2010-cu ildə RİTN üzrə məhkəmə qərarlarının icrasından 393263 manat və məhkəmədən kənar hüquqi tədbirlər nəticəsində 367243 manat, cəmi 760506 manat vəsait daxil olub.

Hesabat dövrü ərzində bilavasitə RİTN-ə qarşı 6 iddia, ümumilikdə RİTN və tabe birlik və müəssisələrə qarşı 21 iddia tələbi qaldırılıb, bundan 82000 manat məbləğində 11 iddia tələbi təmin edilib.

Rabitə qaydaları əleyhinə olan inzibati xətalarla əlaqədar RİTN üzrə 440 protokol əsasında 426 qərar qəbul edilmiş, 412 iş üzrə 35840 manat məbləğində inzibati cərimə və 11 xəbərdarlıq tətbiq edilib, 19 iş üzrə inzibati cərimə ilə yanaşı əmlak müsadirəsi də məhkəmə qaydasında tətbiq edilmişdir. 2010-cu ildə 30280 manat cərimə ödənilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı