Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilir. Modern.az saytı xəbər verir ki, ilk mərhələdə Maltanın "Baltsan" klubunu mübarizədən kənarlaşdıran "Neftçi" Bakıda Makedoniyanın "Şkendiya" komandasını qəbul edib. Oyun qarşılıqlı hücumlar şəraitində keçib. Paytaxt klubunun çoxsaylı hücumlarına baxmayaraq, ilk hissədə hesab açılmayıb.
İkinci hissədə də qapılar toxunulmaz qalıb - 0:0.
Qeyd edək ki, cavab görüşü iyulun 21-də keçiriləcək.
Modern.az