Amerika futbolunun oyunçusu Antonio Armstronq və onun həyat yoldaşı Texas ştatının Hyuston şəhərindəki evində güllələniblər. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ərlə-arvadın öldürülməsinə görə 16 yaşlı oğlanları günahkar bilinir. O, artıq saxlanılıb.
Armstronqla arvadının meyitləri yataq otağında aşkarlanıb. Polisdən verilən məlumata görə, atəş açılan zaman evdə 3 uşaqdan ikisi və özləri olublar. Uşaqlar xəsarət almayıblar.
Modern.az