Oktyabrın 5-də Şəki rayonunun Baş Layısqı kəndinin ərazisində kənd sakini Mikayıl Bəkirov münaqişə zəminində həmkəndliləri Təbriz Qəribova və qardaşı Qalibə bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, T.Qəribov xəstəxanaya yerləşdirilib.
Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Bəkirov tutulub.
Araşdırma aparılır.
Modern.az