Modern.az

Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təqdimatı olub

Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təqdimatı olub

Aktual

7 Oktyabr 2016, 20:03

Bu gün Kənd Təsərrüfatı Nazirliyində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) həsr edilən təqdimat keçirilib. Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, təqdimatda Kənd Təsərrüfatı naziri Heydər Əsədov, Nazirliyin idarə və xidmət rəhbərləri, EKTİS xidmət təminatçısı olan İtaliyanın məşhur texnoloji həllər şirkəti Abaco Group-un və Caspel şirkətinin, Avropa İttifaqının nümayəndələri iştirak ediblər.

İştirakçılara EKTİS çərçivəsində görülmüş işlər, sistemin komponentləri, ona daxil olan altsistemlər, başa çatdırılmış layihə və mərhələlər barədə məlumat verilib. Daha sonra “Subsidiya və Siyasətə dair İnformasiya Sistemi” təqdim edilib. Sistemin Quba rayonunda sınaqdan keçirildiyi və işlək vəziyyətdə olduğu bildirilib.

Qeyd edilib ki, layihə kənd təsərrüfatı sahəsində məlumatların toplanması və subsidiyaların verilməsini elektron xidmətə keçirmək yolunda atılmış ilk praktiki addımdır. İyul-sentyabr aylarında Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurum əməkdaşlarına beynəlxalq mütəxəssislər təlimlər veriblər və həmin əməkdaşlar qubalı fermerləri, torpaq sahələrini qeydiyyata alıb və müraciətlərə baxaraq, subsidiya ödənişlərinin edilməsi sxemini müəyyənləşdiriblər. Quba rayonun kənd təsərrüfatı, torpaq sistemi və fermerləri haqqında müfəssəl bilik toplanmasına xidmət edən layihənin daha da təkmilləşdirilərək, ölkənin digər regionlarında da tətbiqi barədə fikirlər səsləndirilib.

Kənd təsərrüfatı naziri Heydər Əsədov görülmüş işləri təhlil edərək, qeydiyyat sisteminin müfəssəl tərtibi, dolğun məlumat bazasının hazırlanması, sistemin işləməsi üçün lazım olan mühüm istiqamətlərin daha dəqiq müəyyənləşdirilməsi üçün tövsiyələr verib. 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı