Modern.az

Sabahın hava PROQNOZU - Şaxta davam edəcək

Sabahın hava PROQNOZU - Şaxta davam edəcək

Актуально

23 Noyabr 2016, 12:31

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, noyabrın 23-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi  gündüz mülayim cənub küləyi  ilə  əvəz olunacaq.Havanın temperaturunun yarımadada gecə 0-4° şaxta,  gündüz  2-5° isti, Bakıda gecə  1-3° şaxta, gündüz  3-5° isti olacağı gözlənilir.
Atmosfer  təzyiqi  normadan yüksək 781 mm civə sütunu ndan 778 mm civə sütununa enəcək. Nisbi rütubət  75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 3-7° isti, dağlarda gecə  6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı