Modern.az

Həccə gedənlər üçün yeni XİDMƏT

Həccə gedənlər üçün yeni XİDMƏT

Aktual

9 Avqust 2018, 23:23

Səudiyyə Ərəbistanının Həcc Məsələləri Nazirliyi ilk dəfə olaraq Məkkə və Mədinədə zəvvarların azyaşlı uşaqlarına qulluq edilməsi üçün xidmət istifadəyə verib. Modern.az xəbər verir ki, nazirliyin məlumatına görə, uşaqlar üçün təhlükəsiz təhsil və əyləncə mühitinin yaradılması, habelə onların həcc günlərində böyük insan axınından qorunması məqsədilə azyaşlılar uşağa qulluq üzrə ixtisaslaşmış personalın nəzarəti altında olacaqlar.

 

Qeyd olunur ki, bu il ziyarət mövsümündə uşaqları Hicri təqvimi ilə zilhiccə ayının 7-dən 13-dək qəbul edəcəklər. Uşaq otaqları və bağçalarında işləyən tərbiyəçilər balacalarla beş dildə - ərəbcə, ingiliscə, fransızca, malayca və türkcə ünsiyyət quracaqlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı