Modern.az

İspaniyada festival zamanı yüzlərlə insan xəsarət aldı

İspaniyada festival zamanı yüzlərlə insan xəsarət aldı

Aktual

13 Avqust 2018, 11:14

İspaniyada Viqo şəhərində “O Marisquino” festivalı zamanı yüzlərlə insan xəsarət alıb.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, konstruksiyanın çökməsi nəticəsində 266 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanlardan beşi xəstəxanaya çatdırılıb. Həkimlər onların həyatına heç bir təhlükə olmadığını bildirir.

 

Sahil şəhərində keçirilən festivalda qurulmuş taxta konstruksiya ziyarətçilərin ağırlığına tab gətirməyib və uçub. Nəticədə onun üzərində olan yüzlərlə insan dənizə tökülüb.

 

Polisin məlumatına görə hadisə nəticəsində ölən yoxdur. Dalğıclar dəniz kənarında kimsənin boğulmadığına əmin olmaq üçün axtarış aparıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı