Modern.az

Kiyevdə helikopter qəzası - yaralılar var

Kiyevdə helikopter qəzası - yaralılar var

Aktual

6 Sentyabr 2018, 10:17

Kiyevdə mülki helikopter qəzaya uğrayıb.

Modern.az-ın məlumatına görə, qəza ilə bağlı Ukrayna Milli Polisinin Kiyev İdarəsinin mətbuat xidməti xəbər verib.

Məlumata görə, qəza nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Helikopterin özəl şirkətə məxsus olduğu bildirilir. Qəzanın başvermə səbəbi məlum deyil.

Araşdırma başlayıb, polis hadisə şahidlərini dindirir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı