Modern.az

Türkiyə meteoroloqlarından fırtına XƏBƏRDARLIĞI

Türkiyə meteoroloqlarından fırtına XƏBƏRDARLIĞI

Aktual

29 Sentyabr 2018, 00:51

Türkiyə meteoroloqları bu gündən etibarən Mərmərə, Egey və Aralıq dənizlərində başlayan güclü fırtınanın sahilyanı vilayətlərdə ciddi təhlükə yaradacağı barədə əhalini xəbərdar ediblər.

 

Modern.az xəbər verir ki, küləyin sürətinin bəzi bölgələrdə 100/120 kilometr/saata qədər yüksələcəyi bildirilir.

 

Xəbərdarlıq edilib ki, ən böyük təhlükə İzmir, Aydın və Manisa bölgələrində gözlənilir. Güclü küləyin evlərin dam örtüyünü, böyük ağacları, elektrik dirəklərini, hətta maşınları aşıra biləcəyi proqnozlaşdırılır. Bununla bağlı yaradılan fövqəladə vəziyyət mərkəzləri ağır texnika, su nasosları, xilasedici maşın və heyətlərlə təmin olunub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı