Modern.az

İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana gətirilir

İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana gətirilir

Ölkə

Bu gün, 11:02

Baş Prokurorluğun sorğusu əsasında beynəlxalq axtarışda olan təqsirləndirilən şəxs ölkəmizə gətirilir.

Bu barədə Modern.az-a Baş Prokuroqludan məlumat verilib. 

Bildirilib ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Gürcüstanın Baş Prokurorluğuna sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından sonra aparılan danışıqlar nəticəsində Türkiyə Respublikasının vətəndaşı Osman Kayanın ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən ibtidai istintaqı aparılan cinayət işi üzrə Osman Kaya təkrar və külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməkdə ittiham edilir.

Bu səbəbdən Osman Kayanın Cinayət Məcəlləsinin müvafiq maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə Bakıda İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə barəsində beynəlxalq axtarış elan edilib, Gürcüstan dövlət sərhədini qanunsuz keçmək istərkən müəyyən edilərək saxlanılıb.

Hazırda Osman Kayanın ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür.

Eyni zamanda, Baş Prokurorluq axtarışda olan şəxslərin xarici ölkələrdə müəyyən edilməsi və onların Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici tərəfdaş qurumlarla sıx əməkdaşlığı davam etdirir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı