Modern.az

Qax sakini bıçaqlandı

Qax sakini bıçaqlandı

Aktual

10 Mart 2019, 20:32

Bu gün Qax rayonunun Şotavar kənd sakini, 1995-ci il təvəllüdlü Orxan Asif oğlu Musazadə belin sol tərəfinin kəsilmiş-deşilmiş, lakin daxilə nüfuz etməyən bıçaq yarası xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Modern.az ONA-ya istinadən xəbər verir ki, müayinə zamanı O. Musazadə həmkəndlisi tərəfindən bıçaqlandığını bildirib.

 

O. Musazadəyə lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.

 

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı