“Real Madrid”in baş məşqçisi Zidan əzəli rəqibləri “Barselona”ya söz atıb.
Modern.az xəbər verir ki, Zinəddin Zidan İspaniya mətbuatına çempionluq sayı ilə bağlı danışıb.
“Növbəti mövsüm yenidən çempion olmaq üçün çox çalışacağıq. Son illər çempionatda “Barselona” bizdən daha yaxşı vəziyyətdə ola bilər, ancaq ümumilikdə bizim 33 La Liqa çempionluğumuz var, bəs onların?
Qeyd edək ki, “Barselona” sona 4 tur qalmış 80 xal ilə lider, “Real Madrid” isə bir oyun az keçirməklə 64 xalla 3-cüdür.
Novruz NOVRUZLU