Modern.az

Bakı Ali Neft Məktəbində növbəti “Məzun günü”- FOTOLAR

Bakı Ali Neft Məktəbində növbəti “Məzun günü”- FOTOLAR

Aktual

4 İyul 2019, 17:55

İyulun 4-də Bakı Ali Neft Məktəbinin (BANM) növbəti “Məzun günü” keçirilib. 

 

Modern.az xəbər verir ki, üçüncü dəfə keçirilən “Məzun günü”ndə SOCAR rəhbərliyinin nümayəndələri, BANM-ın rektoru Elmar Qasımov, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Ali Məktəbin professor-müəllim heyəti, ölkəmizdə fəaliyyət göstərən digər ali məktəblərin rektorları, transmilli şirkətlərin rəhbər və təmsilçiləri, Böyük Britaniyanın Heriot-Vatt Universitetinin nümayəndələri, məzunlar, onların valideynləri və qonaqlar iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan BANM-ın rektoru Elmar Qasımov məzunları və onların yaxınlarını bu əlamətdar gün münasibətilə təbrik edərək, məzunlara gələcək karyera və həyatlarında uğurlar arzulayıb. 

 

Tədbir zamanı həmçinin vurğulanıb ki, BANM-ın builki məzunlarının artıq 80%-i yerli və transmilli şirkətlərə işə qəbul olunub, eləcə də, beynəlxalq universitetlərdə tam təqaüdlə təhsil əldə ediblər. Bu gün BANM məzunları SOCAR, Star, Petkim, BP, Halliburton, Schumberger, Maire Tecnimont və s. kimi nüfuzlu müəssisələrdə çalışır.

 

“Məzun günü” diplomların təqdim olunma mərasimi ilə davam edib. 2018/2019-cu tədris ilində Ali Məktəbin “Neft-qaz mühəndisliyi” (46 nəfər), “Kimya mühəndisliyi” (48 nəfər), “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” (16 nəfər) ixtisasları üzrə ümumilikdə 110 bakalavr məzunu BANM-ın diplomlarını alıblar. Onlardan 40 nəfəri eyni zamanda, Heriot Vatt Universitetinin diplomunu əldə edib.

 

Bu il BANM ilk magistr buraxılışı həyata keçirib. 13 nəfər magistr məzunlarının hər biri Bakı Ali Neft Məktəbi ilə yanaşı, Heriot Vatt Universitetinin də diplomuna yiyələnib.

 

2018/2019-cu tədris ilində Ali Məktəbi fərqlənmə ilə bitirən 6 tələbənin diplomu təqdim edilib.

 

2019-cu il məzun buraxılışında Ali Məktəb üzrə birinci olan Rəmziyyə Qarazadənin adı simvolik kötüyə həkk olunub.

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı