Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən axşam və gecə saatlarında yağış yağacağı, yarımadanın bəzi yerlərində şimşək çaxacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru güclənəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 22-27, axşam 20 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən sutka ərzində atmosfer təzyiqinin təzadlı dəyişməsi nəticəsində gilavar küləyinin xəzri küləyi ilə əvəz olunması, güclü küləyin 13-ü axşamadək davam etməsi meteohəssas insanlar üçün nisbətən əlverişsiz olsa da, 14-də biometeoroloji amillərin iqlim norması daxilində olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Modern.az