Özlərini polis əməkdaşı kimi təqdim edərək Abşeron rayon sakini Fazil Verdiyevdən pul tələb edən şəxslər tutulub. Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, dekabrın 21-də Abşeron rayon sakini Fazil Verdiyev Qaradağ RPİ 10-cu PB-nə müraciət edərək, dekabr ayının 20-də, Lökbatan qəsəbəsi ərazisində özlərini polis əməkdaşları kimi təqdim edən 4 naməlum şəxsin ona məxsus "Hyundai" markalı avtomaşına oturub, avtomaşında narkotik vasitə tapmalarını bildirərək buraxılması müqabilində 5000 manat pul istəmələri, ondan 1600 manat pul aldıqdan sonra düşürüb, avtomaşında getmələrini bildirib. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Xırdalan şəhər sakinləri Tərlan Yahyayev, Anar Məmmədov, Bakı şəhər sakinləri Elnur İsayev, Gülnaz Bayramova, Elxan Hacıyev və Elşən Ramazanov tutulublar.
Modern.az