Modern.az

“Diplomatların Ukraynadan çıxarılması yollarını axtarırıq” – Kiyevdəki səfirimiz

“Diplomatların Ukraynadan çıxarılması yollarını axtarırıq” – Kiyevdəki səfirimiz

مورد توجه

24 Fevral 2022, 16:04

“Ukraynada yaşayan azərbaycanlıların vəziyyəti tam nəzarətimiz altındadır. Azərbaycanın konsulluğu tam heyətlə işləyir, vətənə qayıtmaq istəyən soydaşlarımız müraciət edə bilərlər”.

 

Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova bildirib.

 

“Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Vətəndaşlarımızı bəyanata uymağa çağırırıq. Ukraynadakı azərbaycanlılar üçün ən təhlükəsiz şərait qaldıqları evdən çıxmamaqdır. Hazırda ölkədən çıxış mümkün deyil, yollar bağlıdır.

 

Diplomatların təxliyəsi hələlik həyata keçirilmir. Mən özüm hazırda işdəyəm. Tam heyətlə səfirlik iş başındadır. Əgər təxliyə mümkün olarsa, 3-4 diplomat burada qalıb işləyəcək. Diplomatik nümayəndələrin ailələri ilə birlikdə sayı təxminən 40 nəfərdir, onların Ukraynadan çıxarılması yollarını axtarırıq.

 

Bundan əlavə, Azərbaycandan Xarkovda kurs keçən 17 fövqəlada hallar əməkdaşının da təxliyəsini mümkün olan kimi etməyə çalışacağıq”, - deyə səfir qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı