Modern.az

Bəşər Əsəd Putini dəstəklədi

Bəşər Əsəd Putini dəstəklədi

Aktual

25 Fevral 2022, 15:53

Rusiya Prezidenti Vladimir Putin Suriya Prezidenti Bəşər Əsədlə danışıb.

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bəşər Əsəd Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə dəstəyini bildirib.

“Suriya tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Suriya Ərəb Respublikasının Prezidenti Bəşər Əsədlə telefon danışığı aparıb. Suriya prezidenti Rusiyanın Donbass respublikalarının mülki əhalisini qorumaq üçün həyata keçirdiyi xüsusi hərbi əməliyyatı qəti şəkildə dəstəklədiyini bildirib, eyni zamanda ABŞ və NATO-nun vaxtilə Yaxın Şərqdə vəziyyətin ciddi şəkildə pozulmasına səbəb olan sabitliyi pozan siyasətini pisləyib”,-deyə xəbərdə qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı