Azərbaycanın tanınmış telejurnalisti, yazıçı Zakir Sadatlı vəfat edib. Modern.az-ın məlumatına görə, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən jurnalist bu gün dünyasını dəyişib. Mərhum doğulduğu Cəlilabad rayonunda dəfn ediləcək.
Fevralın 1-də Zakir Sadatlı qızına toy edib. Bu yaxınlarda isə yazıçının Əfqanıstanda 2 il ərzində gördüklərindən bəhs edən “Əfqanıstan uçurumu” adlı kitabı çapdan çıxıb.
Qeyd edək ki, adı çəkilən kitab AYB-nin təşkil etdiyi müsabiqədə növbəti mərhələyə keçsə də mərhum romanını geri götürmüşdü. Yaxın günlərdə kitabın təqdimatı keçiriləcəkdi.
Mərhum 1961-ci il ilin mayın 15-də dünyaya gəlib.
Allah rəhmət eləsin!
Modern.az