Azərbaycanda daha bir kriminal dəstə zərərsizləşdirildi. Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, daha bir kriminal dəstənin zərərsizləşdirilməsi istiqamətində Tərtər rayonunda uğurlu əməliyyat tədbiri keçirilib.
Nəticədə sözügedən dəstə üzvlərindən Yevlax rayonunda yaşayan Mahmud Rüstəmov, Bakı şəhər sakinləri Araz Fərəcov, Məhəmməd Quliyev və Turlan Məmmədov saxlanılıb.
Araşdırmalar zamanı həmin şəxslərin paytaxt ərazisində yerləşən müxtəlif barlarda vətəndaşlara qarşı zor tətbiq edərək xuliqanlıq əməlləri, qəsdən sağlamlığa ağır zərər vurma və digər ağır cinayətlər törətdiklərinə görə axtarışda olmaları müəyyənləşdirilib.
Dəstənin digər üzvlərinin də tapılıb-tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Modern.az